15 Mart 2015 10:59
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 16-dan 20-dək Zalsburq şəhərində (Avstriya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı çərçivəsində qiymətləndiricilər üçün təlim kursu, Helsinkidə (Finlandiya) əməliyyat imkanları konsepsiyası qiymətləndirmə və rəy proqramı üzrə quru qoşunları döyüş hazırlığının qiymətləndirilməsi kursu, martın 18-dən 20-dək isə Minskdə (Belarusiya) beynəlxalq humanitar hüququn tətbiqi üzrə 5-ci regional seminar keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.


Müəllif: