16 Mart 2015 10:29
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ərəfəsində, Milli Məclisin nümayəndələri Qobustan rayonunda məskunlaşmış qaçqınların və məcburi köçkünlərlə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, Milli Məclisin nümayəndələri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra rayonda məskunlaşmış, öz yurd-yuvalarından erməni işğalı nəticəsində didərgin düşmüş insanlarla görüş keçirib. Novruz bayramı münasibəti ilə qaçqın və məcburi köçkünləri Milli Məclisin rəhbərliyi adından təbrik edən nümayəndə heyətinin üzvləri onlara öz ürək sözlərini söyləyib.

Görüşdən sonra rayonda məskunlaşmış 166 ailəyə bayram sovqatı təqdim edilib.

Nemət


Müəllif: