16 Mart 2015 13:41
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə “Tariximizdə Novruz bayramının rolu” adlı tədbir keçirilib.

Birlikdən verilən məlumata görə, tədbirdə Dövlət himni oxunduqdan sonra “Qazi Qarabağ azanı” səsləndirilib. Birliyin sədri Sevinc Əzimbəyli tədbir iştirakçılarına tarixdə novruzun xalqımızın həyatında oynadığı roldan geniş söz açıb: “Novruz bayramı milli bayram olaraq, milli və dini kimliyimizin də bir parçasıdır.

Əsrlərdir ki, Novruz dinimizin prinsipləri ilə üst-üstə düşərək birlik və bərabərliyimizin qorunmasını özündə birləşdirir. Digər tərəfdən novruz bayramı milli adət-ənənələrimizdən biridir ki, qohumlara baş çəkmək, təmizlik və paklıq, bayramlaşma, yardımlaşma ənənələrini günümüzə qədər qoruyaraq tarixi keçmişimizə də sahib ola bilmişik.

BƏXTİYAR


Müəllif: