16 Mart 2015 15:31
409

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə görüşüb.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə ölkəmizdə Qurani-Kərimin brayl əlifbası (ciddi görmə problemli insanların oxuyub-yazması üçün tərtib edilən əlifba) çap olunmasının vacibliyi, bunun üçün mövcud imkanlar və digər məsələlər müzakirə olunub. Qeyd edilib ki, komitənin dəstəyi ilə Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinin brayl əlifbası ilə nəşr olunması nəzərdə tutulub.

Görüşün sonunda komitə sədri Səmyar Abdullayevə brayl əlifbası ilə çap olunmuş Qurani-Kərim hədiyyə edib.

BƏXTİYAR


Müəllif: