16 Mart 2015 15:39
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 16-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hacıqabul şəhərində Hacıqabul, Sabirabad, Saatlı və İmişli rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Teleqraf.com xəbər verir ki Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri ilə bağlı 89, digər məsələlərlə bağlı müraciət etmiş 100 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

İLHAMƏ


Müəllif: