18 Mart 2015 14:33
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar nazirinin müavinləri Ragim Lətifov və Orucəli Hacıyev BMT-nin təşkilatçılığı ilə Yaponiyanin Sendai şəhərində təşkilata üzv dövlətlərin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, konfransın təşkil edilməsində əsas məqsəd BMT-yə üzv dövlətlər tərəfindən Hyoqo Fəaliyyət Çərçivəsi sənədi üzrə görülmüş işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, fəlakət riskininin azaldılması üzrə regional və milli strategiya və planlar vasitəsilə əldə edilmiş təcrübələrin mübadiləsi, fəlakət riskinin azaldılması sahəsində 2015-ci il üzrə çərçivə sənədinin qəbul edlməsi və həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin aparılması olub.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti konfrans çərçivəsində Yaponiyanin Yenidənqurma və İnfrastruktur üzrə dövlət naziri Yasutoşi Nişimura ilə görüşmüş və əlaqədar sahələr üzrə ixtisaslaşmış bəzi şirkətlərdə olub.

İLHAMƏ


Müəllif: