18 May 2014 13:49
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in nəzarəti altında olan Rakka vilayətində "Ketibetül Azərbaycan" camaatı ilə PYD-adlı qruplaşmanın üzvləri arasında döyüş baş verib


AzərbaycanSuriyada döyüşən azərbaycanlılardan ibarət taborun komandiri Musa əl Azəri adlı şəxs qətlə yetirilib.

Teleqraf.com bildirir ki, azərbaycanlı tabor komadiri Musa əl Azəri İraq Şam İslam Dövləti (İŞİD) adlı qruplaşmanın tərkibində vuruşub.

İŞİD-in nəzarəti altında olan Rakka vilayətində "Ketibetül Azərbaycan" camaatı ilə PYD-adlı qruplaşmanın üzvləri arasında döyüş baş verib. Döyüş zamanı azərbaycanlılardan ibarət taborun komandiri olan Musa əl Azəri adlı şəxsin də qətlə yetirildiyi bildilir.

Xatırladaq ki, bir neçə ay öncə Suriyada baş verən döyüşlər zamanı tərkibində 12 azəbaycanlının olduğu tabor üzvləri qətlə yetirilib.

Qeyd edək ki, Suriyada ixtişaşların başlamasından 3 ildən artıq zaman keçib. Bu müddət ərzində baş verən qanlı döyüşlərdə yüz minlərlə insan öldürülüb. 2014-cü ilin əvvəlindən Suriyada hökumət və müxalifət qüvvələri arasında baş vermiş toqquşmalarda 3300 insan həyatını itirib./anspress/


Müəllif: