19 Mart 2015 09:54
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz doğma Azərbaycanımızın hər yerində olduğu kimi, Sumqayıtda da böyük təntənə ilə qeyd edilir.

Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovun, idarə və müəssisə rəhbərlərinin, on minlərlə sakininin iştirak etdiyi Bayraq meydanındakı bayram şənliyində əvvəlcə meydan tamaşası təqdim olunub. Troya atı və döyüş səhnəsinin nümayişi maraqla izlənilib.

Daha sonra nəhəng Novruz gəmisi meydana gətirilib və hər kəsin maraqla gözlədiyi dünyanın ən böyük xonçası sumqayıtlılara təqdim edilib.

Bayram şənliyində aşıq havaları, xalq oyunları, milli rəqslər, məktəblilərin ədəbi-bədii kompozisiyaları, milli mətbəx nümunələri, Keçəllə Kosanın məzəli əhvalatları, yumurta döyüşü, kəndirbazların, idmançıların çıxışları alqışlarla qarşılanıb.

Dədə Qorqud xeyir-dua verərək, bahar bayramının millətimizə sülh, əmin-amanlıq, ruzi-bərəkət gətirməsini arzulayıb.

Novruz şənliyi respublikanın tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam edib.


AZƏRTAC


Müəllif: