19 Mart 2015 14:28
1 668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Novruz bayramına həsr olunan tədbir keçirilib. Tədbirdə ADİU-nun rektoru Ədalət Muradov universitetin bütün kollektivini bayram münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ADİU-nun Marketinq və Kommunikasıya Departamentindən Teleqraf.com-a verilən xəbərə görə, Azərbaycanın tanınmış rəssamı, ADİU-nun əməkdaşı Arif Bektaşi ilə tələbələrin təbiət mənzərələri və Novruza həsr olunan rəsm əsərləri böyük maraqla qarşılanıb.

Sonra rektor və tədbir iştirakçıları tələbələrin əl işlərindən ibarət Novruz xonçaları ilə tanış olublar. “Ən yaxşı Novruz xonçası” və rəsm müsabiqəsi keçirilib. Münsiflər heyətinin qərarı ilə müsabiqədə qalib gələn qrup mükafatlandırılıb.

Tədbir tanınmış incəsənət xadimlərinin və tələbələrin konsert proqramı ilə davam edib.

SEVİL


Müəllif: