19 Mart 2015 17:51
1 237
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika əhalisinin təbii qaza olan təlabatının ödənilməsi məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər uğurla davam etdirilir. Görülmüş işlərin nəticəsidir ki, uzun müddət təbii qaz almayan yaşayış massivləri “mavi yanacaq”la təmin olunur, qaz infrastrukturundakı mövcud problemlər intensiv şəkildə aradan qaldırılır.

Teleqraf.com-un məlumatına görə, Novruz Bayramı ərəfəsində - martın 19-da Bərdə, Yevlax, Şamaxı və Tərtər rayonlarının daha bir neçə kəndinə təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin, “Azəriqaz” İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqlları iştirak ediblər.

Yevlax rayonunun Yuxarı Qarxun kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi ilə əlaqədar keçirilmiş tədbirdə bildirilib ki, 425 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23728 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 425 mənzilə məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Tərtər rayonunun İsmayılbəyli kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd edilib ki, 300 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 18899 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 300 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Martın 19-da Bərdə rayonunun Xanxanımlı kəndinə təbii qazın verilişinin bərpa olunması münasibətilə keçirilmiş tədbirdə bildirilib ki, 59 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 2504 metr müxtəlif diametrli polietilen və uzunluğu 5309 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 59 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Şamaxı rayonunun Dağ Bağırlı kəndinə də təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, 276 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 12913 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 276 sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edənlər yaşadıqları kəndlərin “mavi yanacaq”la təchiz olunmasına görə olkə başçısına minnətdarlıqlarını bildiriblər.


Müəllif: