21 Mart 2015 17:33

Sabah Azərbaycanda qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə ediləcək, martın 23-ü gündüzdən isə hava yenidən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a bildiriblər ki, martın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, gün ərzində fasilələrlə yağış yağacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 22-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacağı gözlənilir.


Müəllif: