19 May 2014 09:45
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 22:00-dan etibarən Bakının Əhməd Rəcəbli küçəsində nəqliyyatın hərəkəti mərhələlərlə məhdudlaşdırılacaq.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, mayın 19-u axşam saat 22:00-dan etibarən paytaxtın Əhməd Rəcəbli küçəsində Təbriz küçəsi ilə kəsişməsindən Xəfər Xəndan küçəsi ilə kəsişməsinədək olan hissəsində yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri aparılacaq. Bu səbəbdən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Müəllif: