19 May 2014 11:12
495

Orta ixtisas təhsili müəssisələrinin (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına bu gündən başlayaraq mayın 29-dək qeydiyyat aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Teleqraf. com-a verilən məlumata görə, kolleclərin qabiliyyət tələb edən ixtisaslarına seçmə tur isə iyulun 2-dən 5-dək davam edəcək.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) əvvəlki ilin məzunları üçün qəbul imtahanı gələn ayın 29-da keçiriləcək. İxtisas seçimi isə iyulun 2-dən 10-dək aparılacaq.

NİGAR


Müəllif: