19 May 2014 15:15
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Azad Rəhimov mayın 26-da Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.

Teleqraf.com-un məlumatına görə, saat 11.30-da gerçəkləşəcək qəbulda Ağstafa, Daşkəsən, Goranboy, Göygöl, Gədəbəy, Qazax, Samux, Tovuz, Şəmkir rayonları, Gəncə və Naftalan şəhərlərinin sakinləri iştirak edəcəklər.

Qəbula yazılmaq istəyən vətəndaşlar mayın 19-dan- 25-dək saat 09:00-dan 18:00-dək aşağıda adları qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.

Naibə


Müəllif: