20 May 2014 12:49
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zığ-Hövsan avtomobil yolunun artıq uzun müddətdir ki, əsaslı təmirə ehtiyacı var. Bəzi hissələr ağır maşınların təsirindən dağılıb. Hazırda Zığ-Hövsan yolunun uzunluğu 7,3 km-dir. Eni isə 8 metrdir.

Oxu.Az Milli.az-a istinadən xəbər verir ki, “Azəryolservis” ASC-dən bildirilənə görə, bu yolda əsaslı təmir həyata keçiriləcək. Hazırda 2 olan hərəkət zolaqlarının sayı 4-ə çatdırılacaq.

Yolda çoxlu sayda yaşayış və qeyri-yaşayış binaları var, ərazidən kommunikasiya xətləri keçir. Təmirə başlamazdan öncə həmin problemlər aradan qaldırılmalıdır.

Hazırda müvafiq strukturlarla danışıqlar gedir. Bu səbəbdən təmir işlərinin başlanacağı tarix hələ ki, bilinmir.


Müəllif: