20 May 2014 13:09
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin üzvü həkim səhlənkarlığının qurbanı olub.


Bu barədə məlumatı ANS PRESS-ə İmişli rayon sakini, ziyalı, şairə Məryəm Şahverdiyeva verib. Ziyalı qadın Hepatit C virusuna yoluxub. Onun sözlərinə görə, xəstəliyi barədə bir neçə ay öncə öyrənib.


"Mən Bakıda və İmişlidə diş həkimə müraciət edərək, diş çəkdirmişəm. Bundan sonra xəstələndim. Bakının ən qabaqcıl klinikalarında, eləcə də İranda müayinə olunmuşam. Mənə Hepatit C diaqnozu qoyulub. Həkimlərin sözlərinə görə, bu virusa o məhz stomatoloq yanında yoluxmuşam. Bu vaxta kimi dəfələrlə İranda müalicə kursu keçmişəm. Artıq müalicəyə maddi imkanım çatmır. Rayon İcra Hakimiyyətinə, Səhiyyə Nazirliyinə kömək üçün müraciət etmişəm".


Şairə indi ümidinin ancaq imkanlı şəxslərə qaldığını deyir.


Qeyd edək ki, Məryəm Şahverdiyeva “Məhsəti Gəncəvi”, “Qızıl Qələm”, “İti Qələm”, Mir Mövsüm Ağa fəxri mükafatı laureatıdır. 2010-cu ildə Məryəm Şahverdiyeva xeyriyyəçilik fəaliyyətinə görə “Hacı Zeynalabdin Tağıyev” adına mükafata layiq görülüb, Istedadlı yazıçı kimi “ XX əsr Azərbaycan Yazıçıları” enisiklopedik kitabına adı düşüb.


Müəllif: