21 May 2014 10:22
1 113

Bu gün “Qafqaz Baku City” otelində BMT-nin inkişaf proqramı və Fövqəladə Hallar Nazirliyinin “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” birgə layihəsi üzrə hesabat seminarı keçirildi.

Teleqraf.com-un məlumatına görə, seminarda layihə üzrə 2013-cü ildə görülmüş işlərin yekunlarına dair hesabatlar dinlənildi.

Məzahir Əfəndiyev: “Beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinə nail olduq”

BMT-nin İnkişaf Proqramının Proqramlar üzrə meneceri Məzahir Əfəndiyev bildirdi ki, FHN bu sahəyə diqqət göstərərək lazımi işlərin görülməsində yaxından iştirak edib. Onun sözlərinə görə, daşqınlar zamanı hadisənin qarşısının alınmasında beynəlxalq təcrübənin Azərbaycana gətirilməsinə nail olunub:

“FHN rəhbərliyi beynəlxaq təşkilatlarla əlaqələrin qurulmasına böyük səy göstərir. Bu bir daha nazirliyin ölkə vətəndaşlarına, xüsusən dağ regionunda yaşayan insanlara diqqətlə yanaşmasının şahidi oluruq”.

BƏXTİYAR


Müəllif: