21 May 2014 10:34
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Avtovağzalı ətrafında nəqliyyatın hərəkətində problemlər yaranıb.

"Axar.az"ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalının ətrafındakı əraziləri su basıb.

Avtovağzal dairəsində isə vəziyyət daha acınacaqlı olub. Yolda 2-3 sm hündürlüyündə su axır. Yolun torpaq olan kənar hissələrində bataqlıqlar, dayanacaqların qarşısında isə göllər əmələ gəlib.

Bu səbəbdən də sürücülər avtobusları dayanacaqlardan kənarda saxlayıblar. Nəticədə tıxac yaranıb.

Əməkdaşımızın hadisə yerində olduğu müddət ərzində heç bir rəsmi şəxs gözə dəyməyib.


Müəllif: