21 May 2014 17:30
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev 12 illik orta təhsilə keçidlə bağlı Teleqraf.com-a açıqlama verib.

Millət vəkili bildirib ki, “Təhsil haqqında” qanun qəbul edilməmişdən əvvəl də bu məsələ nəzərdə tutulub:

“Biz ciddi təhqiqatlar apardıq, sosioloji sorğular keçirdik. Məlum oldu ki, bunu nə ailələr, nə də uşaqlar istəyir. Çünki yuxarı sinfin 10-11-ci siniflərində şagird tapmaq olmur. Bir il də artırmaq vəziyyəti daha da mürəkkəbləşdirər.

Bundan əlavə, onsuz da məktəblərdə sıxlıq var, birdən-birə şagirdlərin sayını bir sinif də artırmaq problem yaradar. Əsas problemlərdən biri də odur ki, hər şey dövlətin üzərinə düşən xərclərin azaldılmasına yönəldiyi halda, yenidən bir sinif artırmaq xərcləri də artıracaq. Bu barədə indi hər hansı təkliflər səsləndirmək gecdir, çünki artıq strategiya qəbul olunub”.

Komitə sədri bildirib ki, xarici təcrübədə nəinki 12, hətta 13 və 14 illik təhsil sistemi də mövcuddur, amma onlarda yuxarı siniflərdə uşaqlara artıq təhsillə yanaşı peşə, sənət də öyrədilir.

Naibə QURBANOVA


Müəllif: