22 May 2014 10:47
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Salyan rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi mayın 30-dan mayın 29-na keçirilib.

Teleqraf.com-un məlumatına görə, nazir həmin gün 10:00-da Salyan rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar müvafiq telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.


Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Salyan rayonuna aparılıb gətirilmələri təmin olunacaq.

Naibə


Müəllif: