22 May 2014 12:33
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr əvəzi Səyyad Salahlı Avropa Şurasının Moldovadan olan üzvü, AŞPA-nın sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komissiyasının sədri, Avropa Baptistlər Federasiyasının sabiq sədri Valeriu Qiletsini qəbul edib.

DQİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı S. Salahlı Azərbaycanda mövcud olan dini tolerantlığın yüksək səviyyəsi və dini dözümlülülyün təşviqi məqsədilə dövlət tərəfindən görülən işlər barədə qonağı məlumatlandırıb.

Qonaq bu istiqamətdə görülən işlərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini vurğulayıb, həmçinin Azərbaycanda xristian baptist icmasının vəziyyəti ilə maraqlanıb. Dövlət Komitəsinin rəsmisi bu barədə qonağa ətraflı məlumat verib.

BƏXTİYAR


Müəllif: