22 May 2014 16:19
522

“Neft Daşları”ndakı Qazturbinli Elektrik Stansiyasından Çilov adasına kabel xəttinin çəkilməsi nəzərdə tutulur.

Teleqraf.com-un məlumatına görə, hazırda Çilov adasının elektrik təchizatı Dübəndidəki 110/35 kV-luq yarımstansiyadan dənizin üzəri ilə çəkilmiş 30,5 kilometr uzunluqlu elektrik ötürücü hava xətti vasitəsilə həyata keçirilir.

1986-1992-ci illərdə tikilmiş Damba-Çilov elektrik ötürücü hava xətti uzun müddət istismar olunduğundan burada qəza halları tet-tez baş verir. Çilov adasının fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədi ilə “Neft Daşları”ndakı Qazturbinli Elektrik Stansiyasından yeni sualtı kabel xəttinin çəkilməsi qərara alınıb.

Layihəyə əsasən, dənizin 22-28 metr dərinliyi ilə çəkilməsi nəzərdə tutulan 35 kV gərginlikli sualtı kabel xəttinin uzunluğu 24,2 kilometrdir.

Naibə


Müəllif: