22 May 2014 17:35
1 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Dövlət Universitetinin Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, universitetin rektoru, akademik Abel Məhərrəmov gündəlikdəki məsələlər barədə məlumat verib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva çıxış edərək 2013/2014-cü tədris ilinin yay imtahan sessiyasına hazırlığın vəziyyətindən danışıb.

Tədris Metodiki Şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Vasif Babazadə isə Tədris Metodiki Şuranın hesabatı barədə məlumat verib.

Bakı Dövlət Universitetinin 2014-2020-ci illər üzrə İnkişaf Proqramının müzakirəsi və qəbul edilməsi barədə Elm və İnnovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə çıxış edib.

SEVİL


Müəllif: