23 May 2014 10:34
1 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük Bakının Regional İnkişaf Planı”nda ictimai nəqliyyat vasitəsi olan metro tikintisinə geniş yer verilib. Teleqraf.com-un məlumatına görə, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev bildirib.

Şöbə müdirinin sözlərinə görə, layihədə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin tətbiqi əsas məsələlərdən biridir. Konkret olaraq velosipedlərdən istifadə üçün ayrıca zolağın ayrılması mümkündür.

Layihədə yerüstü elektrik nəqliyyatının gücündən istifadə edilməsi də nəzərdə tutulub. Buraya şəhərətrafı elektrik qatarları və tramvaylar daxildir.

Naibə


Müəllif: