23 May 2014 16:00
566

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, ölkə ərazisində yağan yağışlar nəticəsində Quba-Xaçmaz və Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub.

Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 10-30, Lənkəran-Astara bölgəsi çaylarında isə 1-5 sm intervalında artım qeydə alınıb. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan çaylarında isə ongünlük normanın 20 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 494 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 268 m3/s və ongünlük normanın 39 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 8 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla, ongünlük normanın 47 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici bir qədər çox olmaqla 137 m3/s təşkil edərək ongünlük normanın 69 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə görə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 8 sm artım, Bankədə isə 4 sm azalma müşahidə olunub.
Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

NİGAR


Müəllif: