24 May 2014 21:59
1 633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyinin əmri ilə Lənkəran Dövlət Humanitar Kollecinə yeni direktor təyin edilib.


Teleqraf.com bildirir ki,Kollecdən verilən məlumata görə, yeni direktor Lənkəran Dövlət Universitetində (LDU) inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışmış Ruslan Həmidovdur.


Məlumata görə, R.Həmidov 1971-ci ildə Astara rayonunun Maşxan kəndində anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsini bitirdikdən sonra LDU-nin "Fizika-riyaziyyat" kafedrasında əmək fəaliyyətinə başlayıb. Müəllim işləməklə yanaşı, LDU-da tədris hissəsinin müdiri, kadrlar şöbəsinin müdiri və digər tədris, inzibati-təsərrüfat işlərində çalışıb. 2007-ci ildən LDU-nin inzibati-təsərrüfat işləri üzrə prorektoru idi.


Qeyd edək ki, cari ilin yanvar ayında Təhsil Nazirliyi tərəfindən Lənkəran Dövlət Humanitar Kollecində yoxlama keçirilib. Tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verdiyinə və imtahan sessiyasının müvəffəqiyyətlə başa çatdırılması üçün tələbələrə qarşı hüquqa zidd tələblərin irəli sürülməsinə şərait yaratdığına görə 2012-ci ilin sentyabr ayından Lənkəran Dövlət Humanitar Kollecinə rəhbərlik edən Şaban Şəfiyev tutduğu vəzifədən azad edilib. /apa/


Müəllif: