25 May 2014 00:05
555

The Wall Street Journal (WSJ) mənbələrə istinadən yazır ki, Google korporasiyası üçölçülü vizuallaşdırma imkanına malik Project Tango planşetini hazırlayır.


Milli.Az ICTnews-a istinadən bildirir ki, məlumata əsasən, Google şirkəti növbəti ay təxminən 4 min bu cür planşet istehsal edəcək.


WSJ-nin məlumatına görə, Google şirkətinin yeni qurğusunda ekranın təsvir ölçüsü 7 düymdür, qurğunun arxa panelində iki kamera quraşdırılacaq və infraqırmızı ötürücülərlə təchiz ediləcək. Nəticədə istifadəçinin hərəkətləri və ətrafda baş verən bütün hadisələr izlənəcək.


Qurğu Advanced Technology and Projects elmi tədqiqat işi çərçivəsində hazırlanır.


Müəllif: