25 May 2014 17:47
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həftənin ilk iş gününün hava proqnozu açıqlandı.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 16-20°, gündüz 26-31° , Bakıda gecə 18-20°, gündüz 28-30° isti olacaqdır.

Azərbaycan rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18°, gündüz 28-33° isti olacağı gözlənilir.


Müəllif: