1 İyul 2015 13:29
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah gündüzdən Bakıda şimal küləyi mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildirilib ki, iyulun 2-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayimləşəcək.

Paytaxtda havanın temperaturu gecə 22-26, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 2-də hava əsasən yağmursuz olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda isə havanın temperaturu gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.


Müəllif: