1 İyul 2015 21:23
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 1-də Çinə yola düşüb.

Dövlət Komitəsindən Teleqraf.com-a bildiriblər ki, Çin Xalq Respublikası Ümumçin Qadınlar Federasiyasının dəvəti ilə reallaşan səfərin məqsədi ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsidir. Rəsmi görüşlər zamanı qadın hüquqlarının müdafiəsi, əməkdaşlıq memorandumunun imzalanması, təcrübə mübadiləsinin aparılması və digər məsələlər müzakirə ediləcək.

Səfər iyulun 4-də başa çatacaq.


Müəllif: