2 İyul 2015 01:10
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kişilər və qadınlar ağrını müxtəlif mexanizmlərlə hiss edirlər. Onlarda hissetməyə müxtəlif sinir hüceyrələri cavabdehdir. MakGill Universitetinin (Monreal, Kanada) alimləri apardıqları araşdırma nəticəsində məhz belə qənaətə gəliblər. AZƏRTAC "Nature Neuroscience" jurnalına istinadla xəbər verir ki, alimlər əldə etdikləri informasiyadan yeni ağrıkəsici vasitələr hazırlamaq üçün istifadə etməyi planlaşdırırlar.

MakGill Universitetinin alimi Ceffri Mogilin sözlərinə görə, xroniki ağrı kişilər və qadınlar tərəfindən müxtəlif cür qavranılır. C.Mogil öz sözlərini belə şərh edir: "Başqa araşdırmalar göstərib ki, kişilərdə və qadınlarda ağrı hissi müxtəlif olur və qadınlar xroniki ağrıya daha çox məruz qalırlar. Amma biz həmişə belə hesab etmişik ki, bu siqnallar eyni neyronlarla gedir və eyni şəkildə olur".


Müəllif: