2 İyul 2015 10:44
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

“I Avropa Oyunları Avropa və xüsusilə Azərbaycan üçün mühüm və əhəmiyyətli hadisə oldu”.

Trend-in məlumatına əsasən, bu barədə ölkənin maliyyə naziri Samir Şərifov Bakıda keçirilən VI Beynəlxalq Sığorta Forumu zamanı deyib.

Nazir bildirib ki, forum çox əhəmiyyətli bir vaxtda keçirilir: “İlk Avropa Oyunları bu günlərdə başa çatdı. 17 gün ərzində Azərbaycan 50 ölkədən 6 min idmançını qürurla qəbul etdi”.

S.Şərifov həmçinin Azərbaycanın belə böyük tədbiri çox az müddətə təşkil etdiyini qeyd edib.

Bununla yanaşı, nazir I Avropa Oyunlarını həm yerli, həm beynəlxalq sığorta şirkətlərinin dəstəklədiyini xüsusi vurğulayıb.


Müəllif: