2 İyul 2015 15:27
1 271

Bu dəqiqələrdə Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un əməkdaşı xəbər verir ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb. "Mitsubişi Pajero" markalı avtomobillə 88 saylı sərnişin avtobusu toqquşub. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Hazırda hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları gəlib. Hadisə şahidlərinin bildirdiyinə görə, yol qəzasında günahkar avtobus sürücüsü olub.

Rəşad

Fotolar müəllifə məxsusdur.


Müəllif: