2 İyul 2015 15:39
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti icbari sığorta növləri üzrə tariflərin artırılması üçün heç bir əsas görmür.

Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.

Xatırladaq ki, sığorta şirkətləri manatın məzənnəsində baş verən dəyişiklikdən sonra xərclərin artması ilə əlaqədar belə bir təkliflə müraciət etmişdilər.

N.Xəlilov bildirib ki, ölkədə icbari sığorta növlərinin zərəri ilə bağlı problem yoxdur.

Dövlət Xidmətinin rəisi bu bazarda mövcud olan problemlər sırasında sığorta şirkətlərinin fəaliyyətinin optimallaşdırılması məsələsini qeyd edib: “Sığorta şirkətləri informasiya texnologiyalarını tətbiq etməklə iş prinsiplərini təkmilləşdirmək, habelə sığorta vasitəçilərinə verilən komissiyaları azaltmaqla fəaliyyətləri zamanı xərclərini azalda bilərlər”.


Müəllif: