2 İyul 2015 19:17

Bir ayda 41 mindən artıq nömrənin hansı mobil operatora daşındığı öyrənilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, “Elektron hökumət” portalı vasitəsilə mobil nömrənin hazırda hansı mobil operatorun şəbəkəsinə daşınması və ya bu xidmətdən istifadə etməməsi barədə məlumatın təqdim olunması istifadəçilərin işinə yarayıb. Belə ki, bu xidmətdən istifadə etməklə abunəçi öz zənginin dəyərini hesablaya bilər.

Cari ilin iyun ayında “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” e-xidmətindən 41 778 dəfə istifadə olunub.

Qeyd edək ki, Açıq Hökumət Məlumatları portalında (data.gov.az) “Mobil nömrə daşınması xidməti vasitəsilə digər şəbəkəyə daşınmış nömrələr barədə məlumatın verilməsi” məlumat bazası açıq edilib və bu baza əsasında mobil tərtibat hazırlanıb.

İLHAMƏ


Müəllif:
Загрузка...