2 İyul 2015 22:13
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC Beynəlxalq İdman Yayım Şirkəti tərəfindən ilk Avropa Oyunlarının keçirildiyi müddət ərzində peyk xidmətlərinin təmin olunmasında göstərdiyi xidmətlərə görə fəxri fərmanla mükafatlandırılıb.

Bu barədə Teleqraf.com-a ASC-dən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan bu ilin 12-28 iyun 2015-ci il tarixlərində keçirilmiş Bakı-2015 ilk Avropa Oyunlarına ev sahibliyi etməklə böyük uğura imza atıb. Bu müddət ərzində Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” Oyunların peyk xidmətləri üzrə rəsmi təchizatçısı funksiyasını həyata keçirib.
Belə ki, I Avropa Oyunları zamanı görüntünün dünyanın 74 beynəlxalq yayım mərkəzinə çatdırılması “Azərkosmos”un operatoru olduğu “Azerspace-1” peyki üzərindən həyata keçirilib. Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edən Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edib.

Beləliklə, “Azərkosmos” Oyunların ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına yüksək keyfiyyətlə və fasiləsiz çatdırılmasında mühüm rol oynayıb.

İLHAMƏ


Müəllif: