3 İyul 2015 08:04
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il iyulun 1-dək 65.077.066,33 manat, 211.791,88 ABŞ dolları və 593,69 avro vəsait yığılıb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Bununla yanaşı, hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək Fondun əsas vəzifələrində biridir.


Müəllif: