3 İyul 2015 10:35
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc yazar Vasif Əlihüseyn “Divara yazılmış AZADLIQ sözü” adlı kitabını təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, kitabın təqdimatı Park Bulvarda yerləşən “Ali və Nino” kitab mağazasında gerçəkləşib.

Kitabda Vasif Əlihüseynin son illərdə yazdığı şeir və esseləri toplanıb. Kitabın ön sözünün müəllifi və redaktoru şair Məlahət Yusifqızıdır. Təqimatda şairlərdən Balayar Sadiq, Məlahət Yusifqızı, Şəfəq Sahil, Xaliq Laçınlı və həmçinin gənc yazarlardan Hədiyyə Şəfaqət, Seyran İsmayıl, Yusif Ərəbsoy, Gülbala Dadaş, Yetim Qacar və Qərib iştirak edib.

Müəllif bildirib ki, təqdimatdan sonra “Divara yazılmış AZADLIQ sözü” kitabı “Ali və Nino” kitab dükanlarında satışda olacaq.

Teleqraf.com


Müəllif: