3 İyul 2015 13:24
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant maliyyə dəstəyi və təşkilatçılığı, AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının isə elmi-təşkilati dəstəyi ilə 6-8 iyul 2015–ci il tarixlərində “Günəş və Günəş-tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Beynəlxalq konfransda Danimarka, Fransa, Almaniya, ABŞ, Rusiya, Ukrayna, İsrail, Bolqarıstan, İngiltərə, Özbəkistan və Gürcüstandan tanınmış alimlər Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələrlə çıxış edəcəklər. Azərbaycanın müxtəlif qurumlarından olan alimlər də öz tədqiqatlarının nəticələrini məruzə edəcəklər.

Konfransın 2 iş günü Bakı şəhərində, bir sessiyası isə Şamaxı Astrofizika Rəsədxanasında baş tutacaq. Elmi məruzələrlə yanaşı, əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

Konfrans materiallarının rəydən keçdikdən sonra nəfis kitab şəklində çapı planlaşdırılıb.

Əlavə məlumatla konfransın http://sdf.gov.az/conferences/sun2015/ internet səhifəsində tanış olmaq olar.

Beynəlxalq konfransın açılış mərasimi 2015-ci il 6 iyul tarixində saat 10.00-da Bakı şəhəri, Salyan şosesi, Şıx çimərliyi, “Aysberq“ İstirahət Mərkəzinin böyük zalında baş tutacaq (www.aysberq.az; telefon: (012) 565 07 45). Təşkilat komitəsi ilə əlaqə: (012) 563 61 11 (EİF), [email protected]


Müəllif: