3 İyul 2015 17:21
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Saatlı rayon Mərkəzi Xəstəxanasının akt zalında ”Baş verə biləcək fövqəladə hadisələrin qarşısının vaxtında alınması” və ”Fövqəladə hallar zamanı nə etməli” mövzusunda maarifləndirmə tədbiri keçirib.


Teleqraf.com-un nazirliyin saytına istinadən məlumatına görə, maarifləndirmə tədbirinin keçirilməsində məqsəd səhiyyə müəssisələrində baş verə biləcək təbii və texnogen qəzaların qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin görülməsi, səhiyyə işcilərinin fövqəladə hallar zamanı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması olub.

Tədbirdə Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə fəaliyyət göstərən xəstəxana, səhiyyə ocaqları ilə fövqəladə halların qarşısının alınması istiqamətində qarşılıqlı fəaliyyətindən söhbət açılıb, Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və sturukturundan bəhs edən video çarx nümayiş olunub.

Tədbirin sonunda suallar cavablandırılıb.


Müəllif: