5 İyul 2015 13:13

Cari ilin oktyabrında Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Türk xalqları ədəbiyyatının aktual problemləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə AZƏRTAC-a institut direktorunun müavini, professor Məmməd Əliyev məlumat verib.

M.Əliyev bildirib ki, konfransın keçirilməsinin məqsədi son illər ədəbiyyat sahəsində aparılan elmi-tədqiqat işlərini, türkdilli xalqların ədəbiyyatları qarşısında duran problemlərin həlli yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaqdır. Üç günlük beynəlxalq tədbirdə Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən alim və mütəxəssislər iştirak edəcəklər.

Konfransa alimlərin 70-dən çox məqalə və məruzəsi təqdim edilib.

Konfransın materialları kitab şəklində nəşr olunacaq.


Müəllif:
Загрузка...