7 İyul 2015 01:12

Azərbaycanda yayın quraq keçməsi ilə əlaqədar yayın sonu, payızın əvvəlində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün su qıtlığı yarana bilər.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Onun sözlərinə görə, 2014-cü illə müqayisədə 2015-ci il ərzində, xüsusilə də yaz aylarında atmosfer yağıntıları nisbətən bol olub. Ona görə də yalnız Azərbaycan ərazisində deyil, qonşu ərazilərdə - Gürcüstanda, Türkiyədə də su anbarlarında kifayət qədər su ehtiyatları yığılıb. Bununla yanaşı, Azərbaycanın bir çox dağ çaylarında 2014-cü illə müqayisədə sululuq nisbətən artıb:

“Amma ümumi orta iqlim səviyyəsinə nisbətən yay aylarında havanın quraq keçəcəyi gözlənilir. Xüsusilə də yayın sonu, payızın əvvəllərində çaylarda az sululuq dövrü olacaq. Buna görə də həmin dövrlərdə yetişdirilən kənd təsərrüfatı bitkilərinin suvarılması üçün su qıtlığı yarana bilər. Lakin ümumiyyətlə, 2014-cü ilə nisbətən 2015-ci il əkinçilik, xüsusilə də kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və suvarılması üçün əlverişlidir”.


Müəllif:
Загрузка...