7 İyul 2015 20:25
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Masallı rayonunun Ətcələr və Birinci Səmədxanlı kəndlərinə yenidən təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.

Teleqraf.com-un SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, rayon İcra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçilərinin, sakinlərin iştirak etdiyi açılış mərasimlərində bildirilib ki, kəndlərə təbii qazın verilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən böyük həcmdə tikinti-quraşdırma işləri aparılıb. Belə ki, 157 abonenti olan Ətcələr kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 9695 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Birinci Səmədxanlı kəndinin 194 abonenti də qazlaşdırılmış, kəndə 20 674 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 194 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirlərdə çıxış edən ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Müəllif: