8 İyul 2015 12:37

Sabahdan Bakıda havanın temperaturu yenidən yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, iyulun 9-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək.

Paytaxtda havanın temperaturunun gecə 22-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyulun 9-da hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.


Müəllif:
Загрузка...