8 İyul 2015 17:46
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu məqsədilə müsahibələr iyulun 21-dən avqustun 3-dək Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, bununla əlaqədar nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Ceyhun Bayramov əmr verib.

Əmrlə xüsusi istedada malik uşaqların vaxtından əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin I siniflərinə qəbulunun həyata keçirilməsi məqsədilə bır sıra məsul şəxslərə tapşırıqlar da verilib.


Müəllif: