9 İyul 2015 12:41
284

Bu gün və sabah Bakıda və Abşeron yarımadasında nisbətən isti hava şəraiti gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Paytaxtda havanın temperaturunun gecə 22-26, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində iyulun 10-da hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 22-27, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.


Müəllif: