9 İyul 2015 23:17

May ayından iyulun 9-na kimi ilan sancması diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə ümumilikdə 34 nəfər müraciət edib. İlan sancması hallarının əksəriyyəti Bakı və ətraf rayonların payına düşür.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, bu müddətdə əqrəb sancması ilə müraciət edənlərin sayı isə 4 nəfər olub.

Həkimlərin səyləri nəticəsində onların hər birinin həyatını xilas etmək mümkün olub.


Müəllif:
Загрузка...