10 İyul 2015 11:39
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 9-da Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Xudat şəhə­rində Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinlərini qəbul edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhəd­ya­nı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qaldırılan məsələlər Dövlət Sərhəd Xid­mətinin aidiyyəti struktur qurum­­la­rı­nın rəhbərlərinin iştirakı ilə araşdırılmış və konkret tapşırıqlar veril­ib. Əksər məsələlər yerindəcə həllini tapıb.

Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxıl­ma­sı­nın təşkili üçün nəzarətə götürülüb.

Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yerinə yetiril­mə­sini yüksək qiymətləndirərək mərkəzi icra hakimiyyəti orqanları rəhbər­lərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşki­lin­dən razılıqlarını bildirib, yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ediblər.


Müəllif: