10 İyul 2015 14:22

“Hazırda mövcud problem bələdiyyələrin mülkiyyətinin idarə olunması ilə əlaqədar institusional tədbirin formalaşması məsələsi idi ki, artıq bu gün həmin problemin həlli başa çatmaq üzrədir. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bununla əlaqədar müvafiq tədbirləri həyata keçirir. Strukturlar formalaşmaq ərəfəsindədir. Bundan sonra bu problem aradan qaldırılacaq”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə deyib. Onun sözlərinə görə, bələdiyyələrin vergi yığmasi ilə bağlı yaranmış problem də yaxınlarda öz həllini tapacaq.

M.Səlimzadə onu da qeyd edib ki, bələdiyyələrin iqtisadi məsələləri ilə bağlı hüquqi-təşkilati məsələlərin həlli istiqamətində müsbət nəticələr qeydə alınıb: “Bələdiyyələrin maliyyə mənbələrinin istifadəsi sahəsində, bələdiyyələrin insanlarla münasibətlərinin tənzimlənməsində müsbət nəticələr var. Bu gün Azərbaycan bələdiyyəsinin keçdiyi 15 il ərzində yerli özünüidarə sahəsində xeyli təcrübə qazanılıb. Təcrübə var, sadəcə olaraq inkişaf prosesini davam etdirmək üçün hüquqi çərçivədən səmərəli istifadə etmək lazımdır. Təbii ki, bu gün maliyyə mənbələrində istifadədən keçid dövrünü yaşayırıq. Bu keçid dövründə çətinliklər var”.

M.Səlimzadənin sözlərinə görə, yeni bələdiyyə sədrləri işin təşkilində kollegial prinsipə üstünlük verməlidirlər: “Bu gün bələdiyyələrdə olan çətinlikləri, nöqsanları açmalıyıq, problemləri arxada qoymaq üçün Regional Komitə, Bələdiyyələrlə İş mərkəzi və assosiasiyaların birgə əməkdaşlığına ehtiyac var. Etik davranış qaydaları ilə bağlı müvafiq komissiyaların yaradılması həyata keçirilməlidir. Problem varsa, hüquqi cəhətdən kömək etməyə hazırıq. Qarşıdan 15 illik gəlir ki, bununla da bağlı mötəbər tədbir təşkil ediləcək”.

BƏXTİYAR


Müəllif:
Загрузка...