10 İyul 2015 19:23
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) "Azərpoçt" MMC-də Dünya Bankı ilə birgə yeni layihə hazırlanır. Layihə üzrə islahatların və maliyyə xidmətlərinin geniş çeşiddə və ölkənin bütün ərazisində təmin edilməsi planlaşdırılır.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, hazırda müvafiq təkliflər üzrə iş aparılır. Layihə çərçivəsində, təxminən 20 il müddətinə "Azərpoçt" MMC-yə 32 milyon dollarlıq kreditin verilməsi planlaşdırılır. Bu məbləğin 20 milyon dolları mikrokreditlər vasitəsilə kiçik və orta sahibkarlığın stimullaşdırılmasına sərf olunacaq. Layihə reallaşacağı təqdirdə "Azərpoçt" əlavə gəlirlər əldə edəcək və kreditlər qaytarılacaq.

Qeyd edək ki, Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində "Azərpoçt" MMC-də yerinə yetirilən "Maliyyə xidmətlərinin inkişafı" layihəsi üzrə uğurlu nəticələr əldə olunub.


Müəllif: